Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu şəhərlər su altında qala bilər -SƏBƏB

İqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsinin qalxması İstanbul sahillərində yerləşən malikanələr, saraylar, dini və tarixi tikililər, İzmirdə isə körfəz və kurortlar üçün risk yarada bilər.

Yenixeber.org: Bu barədə Qlobal Balans Dərnəyinin “İstanbul və İzmir əyalətləri üçün dəniz səviyyəsinin yüksəlməsi və onun mümkün təsirləri” haqda hesabatında qeyd edilib.

Bildirilir ki, dəniz səviyyəsinin qalxması Dolmabağça, Bəylərbəyi, Küçüksu Yay kimi sarayların, Şəmsi Paşa və Ortaköy məscidi kimi qiymətli tikililərin qorunması üçün daha effektiv tədbirlərin görülməsini zəruri edir.

Hesabatın müəlliflərindən biri professor Nüzhet Dalfes vurğulayıb ki, İstanbulda Mərmərə dənizi ilə həmsərhəd rayonlarda 6 milyondan çox insan yaşayır:

“Şəhərdə hündürlüyü 2 metrdən az olan təxminən 120 kvadrat kilometrlik bir sahə risk altındadır”.

Həmçinin, İstanbulda dəniz səviyyəsi qalxarsa, estakadalarda bəzi təmir işləri aparılmalıdır. Kadıköydə isə bu, metrostansiya girişlərinə təsir edə bilər ona görə də bunun üçün tədbirlər görülməlidir



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam