Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Pakistan Azərbaycana dəstəyini təsdiqləyir

Pakistandan Azərbaycana DƏSTƏK

Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyir.

Yenixeber.org: Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç həftəlik brifinq zamanı bildirib.

“Pakistan mina partlayışları nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına və hökumətinə səmimi başsağlığı verir. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Pakistan Qarabağa Azərbaycan Respublikasının suveren ərazisi kimi baxır. Bizim mövqeyimiz Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə, eləcə də beynəlxalq hüquqa tam uyğundur. Ümid edirik ki, Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı haqlı iddiaları bütün tərəflər tərəfindən qəbul olunacaq və bu, bölgədə davamlı sülhə yol açacaq”, - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam