Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər -FOTO

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndəriblər.

Yenixeber.org xəbər verir ki, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

Geoloq bu gün Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam