Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Suriyada hərbi məktəbin buraxılış mərasiminə PUA hücumu -60 ölü

 

Suriyanın Homs şəhərində hərbi məktəbdə keçirilən buraxılış mərasimində PUA hücumu həyata keçirilib. 

Yenixeber.org xəbər verir ki, onlarla insanın öldüyü hücumda Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın da öldüyü iddia edilib. Nazirlikdən verilən açıqlamada iddia təkzib edilib.

Təhlükəsizlik mənbələri mətbuata açıqlamasında hücumda ən azı 60 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını bildirib. Onlarla insanın öldüyü hücumda Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın da öldüyü iddiasına gəlincə, Abbasın hücumdan bir neçə dəqiqə əvvəl mərasimi tərk etdiyi bildirilib.

Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada məzuniyyət mərasiminə hücumun təşkil edildiyi və mərasim bitdikdən dərhal sonra partlayıcı sursat daşıyan pilotsuz uçuş aparatları ilə hədəf alındığı təsdiqlənib. Açıqlamada, hücumda qadın və uşaqların da olduğu çoxlu sayda insanın həyatını itirdiyi və yaralandığı bildirilsə də, dəqiq rəqəm verilmir.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Suriya Müdafiə Nazirliyi sözügedən hücuma cavab veriləcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam