Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənilərin Qarabağdan çıxardığı sərvət oğurlandı

Ermənilərin Qarabağdan çıxardığı sərvət oğurlandı

Qarabağın işğalı dövründə burada fəaliyyət göstərən və artıq məhv olmuş “artsaxbank”ın Xocavənd filialındakı pullar və zinət əşyaları oğurlanıb.

Yenixeber.org Globalinfo.az-a istinadən xəbər verir ki, İrəvan sakini olan bank rəhbəri Aram bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyinə şikayət edib.

Aram bildirib ki, bu barədə Xocavənd filialının müdiri ona məlumat verib. Belə ki, filial müdiri sentyabrın 22-dən etibarən ermənilərin Qarabağı tərk etməyə başlayacağını öyrənib və buna görə bankdakı qızılları, digər zinət əşyalarını, pulları götürərək öz maşınına qoyub.

O, səhər Ermənistana yola düşməyi planlaşdırıb, lakin naməlum şəxslər gecə vaxtı maşının şüşələrini sındıraraq 60 milyon dram və 100 kisə qızıl-zinət əşyasını oğurlayıblar.

Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi idarəsi sənədlər hazırlayıb və İstintaq Komitəsinə təhvil verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam