Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İrəvanla sülh sazişi imzalamaq ən vacib məsələdir -RƏSMİ

Ermənistanla sülh sazişi imzalamaq, sərhədlərin demarkasiyası və “yaxşı qonşular kimi” digər proseslərə başlamaq ən vacib olan məsələdir.

Yenixeber.org: Bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov BNR radiosuna müsahibəsində deyib.

“Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və onların da bizə qarşı eyni münasibət bəsləməsini istəyirik”, - o qeyd edib.

Səfir Qarabağın erməni sakinlərinin çoxmillətli ölkədə məskunlaşmasına Azərbaycan tərəfindən heç bir maneənin olmadığını vurğulayıb. Diplomat onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası planlarından da danışıb:

“Əgər Qarabağı könüllü olaraq tərk edən erməni sakinlər geri qayıtmaq istəsələr, qapımız üzlərinə açıqdır”.

Səfir xatırladıb ki, Azərbaycan da vəziyyəti yerində qiymətləndirmək üçün BMT missiyasını Qarabağa dəvət edib:

“Onlar oktyabrın 1-də regiona səfər ediblər və öz hesabatlarında mülki infrastruktura heç bir ziyan dəymədiyini qeyd ediblər”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam