Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ASAPES nümayəndələri VII Mərkəzi Asiya Beynəlxalq Forumunda -FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndə heyəti Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) dəvəti əsasında 6-7 oktyabr 2023-cü il tarixlərində “Təhsil üçün Davamlı Gələcək – Keyfiyyət və Rəqabətlilik: Tarixi Perspektiv, Reallıqlar və Prioritetlər” mövzusunda Qazaxıstan Respublikasının Astana şəhərində Təhsilin Keyfiyyətinin Təminatı üzrə VII Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak ediblər. Forumda Akademiyanı İnformasiya texnologiyaları və tədrisdə innovasiyalar departamentinin direktoru Şaiq Məmmədli, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova və İnsan resursları və hüquq şöbəsinin müdiri Fatma Məmmədova təmsil edib.
Yenixeber.org: Forumun məqsədi təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin inkişafı, təhsil sahəsində beynəlxalq təşkilatlar ilə əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin təşviqi, akademik ictimaiyyətin və beynəlxalq əmək bazarının konstruktiv qarşılıqlı fəaliyyətinin aktual məsələlərinin müzakirəsi olub.
Forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq ali təhsil keyfiyyətinin təminatı şəbəkələri, Qazaxıstan, Belçika, Hindistan, Malayziya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və s. kimi ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Forumda təhsil sisteminin inkişafında qlobal çağırışlar və trendlər, elmi və təhsil modellərinin hazırlanması və rəqəmsal transformasiya kontekstində texnologiyalar məsələləri müzakirə edilib.
Akademiya nümayəndələri Avropa Keyfiyyət Təminatı Agentliyinin (EQAR) prezidenti Stefan Lovik, Ali Təhsil üzrə Keyfiyyət Təminatı Agentlikləri Beynəlxalq Şəbəkəsinin direktoru, Beynəlxalq Məsləhət Şurasının üzvü (CHEA, ABŞ), İslam Dünyası Keyfiyyət Təminat Agentlikləri Assosiasiyasının vitse-prezidenti Olğun Çiçek ilə görüşlər keçirib, aktual mövzular ətrafında müzakirələr aparıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam