Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

HƏMAS-ın qaçırdığı 22 yaşlı alman qız sağdır? -FOTO

  1.  

HƏMAS-ın oktyabrın 7-si İsrailə hücumu zamanı qruplaşma üzvləri tərəfindən qaçırılan 22 yaşlı alman Shani Loukun həyatda olması iddia edilir.

Yenixeber.org “Bild”ə istinadən xəbər verir ki, bu barədə məlumatı gənc turist qızın anası Ricarda Louk açıqlayıb.

Onun sözlərinə görə, Fələstində olan mənbələr qızının xəstəxanada olduğunu bildirib: “Onun başından ağır zədə aldığı və vəziyyətinin kritik olduğu deyilir”. 

Bununla belə, R.Louk nə Fələstin, nə İsrail, nə də Almaniya rəsmilərinin qızının yeri və yaxud sağ olması barədə hər hansı məlumata sahib olmadıqlarını vurğulayıb. 

Xatırladaq ki, HƏMAS-ın hücumundan sonra sosial şəbəkələrdə Shani Loukun qruplaşmaya aid bir avtomobilin arxasında olduğunu əks etdirən görüntülər yayılıb. Bildirilir ki, qadının ayaqlarının qeyri-təbii formada olması və hərəkətsiz dayanması onun öldürüldüyü barədə iddiaları gücləndirib. Sözügedən görüntülərdə qadının üzü görünməsə də, ailəsi onu ayağındakı döymələrdən tanıyıb. Daha sonradan Shaninin anası videomüraciət yayaraq qızının tapılması üçün yardım istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam