Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Şimali Kiprin Prezidenti:“Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq”

 

“Bizim Türkiyə və Azərbaycan ilə bağlarımızı qoparmaq mümkün olmayacaq”.

Yenixeber.org-un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar şərəfinə verilən rəsmi ziyafətdəki çıxışı zamanı deyib.

“Biz talenin birləşdirdiyi eyni millətin övladları olaraq Türkiyə ilə birlikdə Azərbaycanın yanındayıq. Başqalarının boyunduruğu altında yaşamağa məcbur edilsək də, bizim mübarizəmiz davam edir. Bu gün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük. Bu isə türkdilli dövlətlərin bizə olan dəstəyinin bir nümunəsidir”, - E.Tatar bildirib.

O Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyulan iradədən ötrü Prezident İlham Əliyevə təşəkkür edib.

“Son dövlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən olduqca məmnunuq. Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz artan xətlə davam edəcək”, - E.Tatar əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam