Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“Kəmər və yol”a alternativ müzakirə ediləcək -Brüsseldə

Brüsseldə “Kəmər və yol”a alternativ müzakirə ediləcək
Avropa İttifaqı Çinin “Bir kəmər - bir yol” təşəbbüsünə alternativ proqramın hazırlanması üçün oktyabrın 25-26-da Brüsseldə “Global Gateway” forumu keçirəcək.
Yenixeber.org: Bloomberg agentliyi bu barədə Brüsseldəki mənbələrinə istinadla məlumat yayıb. Artıq Banqladeş, Namibiya, Moldova və Seneqal liderləri tədbirdə iştiraklarını təsdiqləyiblər.
Forumda, həmçinin “Orange” və “Telefonica” telekommunikasiya texnologiyası kompaniyaları, “Allianz” sığorta şirkəti, “Siemens” və “Alstom” maşınqayırma korporasiyaları, “Danone” qida sənayesi nümayəndəsi, həmçinin “Enel” energetika şirkəti kimi Avropa İttifaqının böyük kompaniyaları da təmsil olunacaq.
Avropa İttifaqı tədbirdə Konqo və Zambiya ilə “kritik xammalın” tədarükü barədə müqavilələr imzalamağı planlaşdırır. Bu sənədlər Afrikada Konqo və Zambiyanı Anqolanın Atlantik okeanı sahilində yerləşən Lobito limanı ilə birləşdirəcək nəqliyyat dəhlizinin inkişafı üzrə Aİ-nin daha geniş proqramının bir hissəsi olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam