Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Avropa İttifaqı ölümündən sonra:“Fikir Azadlığı” Mükafatını Məhsa Əminiyə verib

 
Avropa Birliyi Andrey Saxarov adına Avropa Parlamentinin “Düşüncə Azadlığı” Mükafatını ölümündən sonra keçən il vəfat edən kürd əsilli iranlı Məhsa Əminiyə verib. Onunla birlikdə mükafat “Qadın, həyat, azadlıq” hərəkatına verilib.
Yenixeber.org: “Saxarov mükafatı” insan hüquqları sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biridir.
“22 yaşlı Cina Məhsa Əmininin vəhşicəsinə öldürülməsi tarixdə dönüş nöqtəsi oldu. Bu üç söz, “Qadın, həyat, azadlıq” İranda şəxsi azadlıq və ləyaqət uğrunda mübarizənin sinoniminə çevrilib”, - deyə Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İslami geyim qaydalarını pozduğuna görə İranın dini polisi tərəfindən həbs olunduqdan sonra vəfat edib.
İran rəsmiləri hələ də onun döyülmə nəticəsində deyil, əvvəllər məlum olmayan xəstəliyin təsadüfən ağırlaşmasından öldüyünü iddia edirlər.
Mənbə: BBC

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam