Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu şəxslər müəllim ola bilməyəcək

 

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Yenixeber.org  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam