Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İran Baydenə cavab verdi

Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab bütün təsəvvürlərdən kənar olacaq.

Yenixeber.org: Bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami deyib.

“Fələstinliləri və Qəzza zolağının sakinlərini qorumaq üçün lazımi tədbirləri bütün ölkələr görməlidir. Bu, ABŞ-ın bizi ilk hədələməsi deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, bu cür səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq”, - Şeyxülislami bildirib.

Onun sözlərinə görə, İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edib və bundan sonra da müdafiə edəcək:

“Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. İndi biz İraq və digərləri ilə birlikdə münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edirik”.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumları fonunda Tehrana xəbərdarlıq etmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam