Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

TDT-nin Astana sammitinin gündəliyi açıqlandı

 

Türk Dövlətləri Təşkilatının (TDT) noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək zirvə görüşünün gündəliyi açıqlanıb.

Yenixeber.org xəbər verir ki, “Türk zamanı!” şüarı altında keçiriləcək sammitdə və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarına baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Zirvə toplanmtısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam