Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zəfər Günündə hava necə olacaq?

 

Noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hirometeorologiya Xidmətindən Yenixeber.org-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam