Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

104 il əvvəl Xankəndidə keçirilən HƏRBİ PARAD

 

Bu gün Azərbaycan Ordusu Xankəndidə Zəfər paradı keçirəcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir. 

Yenuxeber,org xatırladır ki, 1919-cu ilin iyul ayında da Xankəndi şəhərində Hərbi Parad keçirilib.

Həmin dövrdə Hərbi nazir olan Səməd bəy Mehmandarov Nazirlər Şurasının Sədri Nəsib bəy Yusifbəyli ilə birlikdə Qarabağ bölgəsinə səfər etmişdi.

Səfərlə bağlı “Azərbaycan” qəzetində dərc edilən məqalədə paradın 29-30 iyul tarixlərində baş tutduğu bildirilir. 

"Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu", - o qeyd edib.

Məlumata görə, paradı Baş Nazir Nəsib bəy Yusifbəyli qəbul edib:

"İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam