Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya Yaponiya ilə nüvə sazişinə xitam verir -RƏSMİ

Rusiya Yaponiya ilə nüvə sazişindən çıxır

Rusiya hökuməti nüvə silahlarının ləğvi məqsədilə Yaponiya hökuməti ilə əməkdaşlıq haqqında sazişə xitam verir.

Yenixeber.org: Bununla bağlı sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

“Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvinə kömək etmək və bu məqsədlər üçün Əməkdaşlıq Komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında 1993-cü il oktyabrın 13-də Tokioda imzalanmış sazişə xitam verilsin, - sərəncamda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Yaponiya tərəfini xəbərdar etmək tapşırılıb.

Razılaşmanın məqsədi Moskvanın ikitərəfli və ya çoxtərəfli müqavilələrə, eləcə də birtərəfli qərarlara uyğun olaraq azaltmalı olduğu nüvə silahlarının təhlükəsiz şəkildə məhv edilməsini asanlaşdırmaq idi. Bu məqsədlə komitə də yaradılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam