Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ərdoğan Aİ-ni ittiham etdi -SƏBƏB

Ərdoğan Aİ-ni qəribə və ardıcıl olmayan hərəkətlərdə ittiham etdi
Təəssüf ki, Avropa İttifaqının Türkiyə ilə müqayisədə hadisələrə baxışı həmişə fərqlənib. Biz Türkiyə olaraq Avropa İttifaqının tələsinə düşməyəcəyik. Bu ölkələrin heç biri Qəzzada baş verənlərə cavab verməyib.

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən geri dönərkən jurnalistlərin suallarına cavabında bildirib.

"Hazırda Avropa İttifaqındakı yanaşma təəssüf ki, bizim yanaşmamıza uyğun gəlmir. Makronun son açıqlamaları, Almaniya Prezidenti və baş nazirin münasibətinə diqqət yetirin. Amma biz onlar kimi düşünməmişik, düşünmürük, düşünə bilmirik. "Şarli Ebdo" hadisəsini yada salaq. Orada nə baş verdi, bütün dünya liderləri, prezidentlər, baş nazirlər Parisə dəstək oldu. Bəs dünya liderləri Qəzzada baş verənlərlə bağlı niyə ümumiyyətlə danışmır? Burada tökülən qanlar, ölənlər müsəlmandır. Amma orada ölənlər fransız və ya başqaları idi", - Ərdoğan deyib.

Qeyd edək ki, 2015-ci il yanvarın 7-də Fransa paytaxtında yerləşən "Şarli Ebdo" satirik jurnalının ofisinə terror hücumu zamanı 12 nəfər öldürülüb, daha 11-i yaralanıb. Daha sonra Paris kənarında yəhudi marketinə hücum edən terrorçular daha 5 nəfəri öldürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam