Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır" -Deputat

 

"Bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir".

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, televiziyalar bunu maliyyə gəlirləri ilə əlaqələndirirlər:

"Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik".

Deputat qeyd edib ki, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var: "Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam