Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qaribaşvili Çindən üzr istədi -prezidentə görə

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çinin Tiflisdəki səfiri Çjou Qianı Gürcüstan Prezidenti Salome Zurabişvilinin sözlərinə görə üzr istəmək üçün görüşə dəvət edib.

Yenixeber.org: Qaribaşvili Zurabişvilinin Çin lideri Si Szinpinin uyğurların soyqırımına görə mühakimə oluna biləcəyi barədə bəyanatını qəti şəkildə qəbuledilməz adlandırıb və qeyd edib ki, bu, Gürcüstan hökumətinin və onun xalqının Çinə münasibətinə ziddir.

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, bu, Zurabişvilinin Konstitusiyanı pozduğu və öz fəaliyyəti ilə ölkənin dövlət maraqlarına zərər vurduğu ilk hal deyil.

O, həmçinin Gürcüstan prezidentinin bəyanatlarının Tiflis ilə Pekin arasında inkişaf edən münasibətlərə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Zurabişvili bu sözləri Fransaya səfəri zamanı dilə gətirmişdi.(“Vzqlyad”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam