Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Mobil cihazların qeydiyyatına görə dövlət rüsumları azaldıldı

 

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiq edib.

Yenixeber.org xəbər verir ki, yenilənmiş qanuna əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb.

Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər oldan mobil cihazlar üçün rüsum 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 100 manatdan 70 manata, bazar qiyməti 1001 ABŞ dollarından çox olan mobil cihazlar üçün rüsum 150 manatdan 100 manata endirilib.

Yeni rüsumlar 30 gündən sonra qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam