Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Yollarda qırğın davam edir" -Ekspert şöbə müdirinin törətdiyi qəzadan yazdı

 

"Dünən axşam Bakıda baş verən hadisə "yol-nəqliyyat hadisələri hər kəsin və hər yerdə başına gələ bilər" fikrini ən pis nümunəsi ilə bir daha təsdiqlədi".

Yenixeber.org xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ölkəmizin tanınan həkimlərindən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi avtomobillə tanınmış türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu vurularaq dünyasını dəyişib.

"Çox təəssüf. Hadisənin detalları barədə məlumat yoxdur. Amma bildiyimiz bircə şey var: yollarda qırğın davam edir. Potensial olaraq hər kəs qurban, eyni zamanda hər kəs qatil (bu ifadəni birbaşa hüquqi mənasında yox, sadəcə insan ölümündə iştirakçı mənasında işlətmişəm) ola bilər. Ona görə təkrar-təkrar dediyimiz kimi, dəyişmək lazımdır, dəyişdirmək lazımdır. Çox gecikirik. Allah alimimizə rəhmət eləsin, həkimə isə ədalətli və obyektiv araşdırma nəsib olsun".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam