Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İsrailli ailələr Ərdoğandan yardım istədi:Unikal mövqedəsiniz!

7 oktyabrdan bəri HƏMAS tərəfindən girovluqda saxlanılan israillilərin ailələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

Yenixeber.org: İsraildəki “Girovlar və İtkin Ailələri Forumu” məktubu açıq şəkildə dərc edib.

Məktubda Türkiyə liderinin beynəlxalq aləmdə böyük nüfuza sahib siyasətçilərdən olduğu xüsusi vurğulanır:

“Bizlər dərin kədər və iztiraba səbəb olan bu böhrana müdaxilə etməniz üçün sizin yardımınızı istəyirik. Qaçırılmalarından bəri ailə üzvlərimizlə əlaqə yarada bilməmişik. Bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.

Yaxın Şərqdə, müsəlman dünyasında və onun hüdudlarından kənarda geniş nüfuza malik böyük dövlətlərindən birinin lideri olaraq, sizin bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.

Bu səbəbdən girovların səhhəti ilə bağlı məlumat almaq, lazımi tibbi ehtiyacları gecikdirmədən təmin etmək və dərhal sərbəst buraxılmalarını təmin etmək üçün sizə çağırış edirik”.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadasının 200-dən çox israillini girov saxladığı bildirilir.(TRT)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam