Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Top Ermənistanın qapısındadır" -Prezidentin köməkçisi

 

Ermənistan tərəfindən konkret təkliflər gözləyirik. Sülh müqaviləsi deyəndə, Ermənistan hələ də regiondan kənara baxır. Amma əslində, bu ölkənin baxmalı olduğu Cənubi Qafqaz regionudur. Üçüncü tərəfin gündəliyini bu regiona daşımaq yanlış addımdır. Ermənistan normallaşma istiqamətində danışıqları irəli aparmalıdır. Beləliklə, top Ermənistanın qapısındadır.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.

Regionda kommunikasiya xətlərinin bağlı qalmasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayan Hikmət Hacıyev deyib: “Azərbaycanın və qardaş Türkiyənin qənaəti həmişə bundan ibarət olub ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə, qardaş ölkə onun üçün sərhədləri aça bilər. Ermənistan regionda müsbət siyasət yürüdəcəyi halda bu, mümkündür. Azərbaycan və Türkiyə paralel qaydada münasibətlərin normallaşmasını hər zaman dəstəkləyib. Ermənistan regionun potensialını dəyərləndirməyi bacarmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam