Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Kiyevə hava hücumu edildi -Uşaq bağçası YANDI

Rusiya silahlı qüvvələri noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib.

Yenixeber.org xəbər verir ki, yerli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtda hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub.

Rusların paytaxta gecə hücumu zamanı dronların dağıntıları Kiyevin Peçersk və Solomonsk rayonlarına düşüb. Nəticədə uşaq bağçasında yanğın baş verib.

"Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub", - deyə Popko bildirib.

Kiyev şəhər meri Vitali Kliçko isə açıqlama verib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub. Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. “Həkimlər hadisə ilə bağlı yardım göstərirlər”, - deyə Kliçko əlavə edib.

Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze dronlarının hücumunun olacağı xəbərdarlığını edib./AZƏRTAC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam