Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İsrail bu gün girovları qəbul edəcək

 

İsrail bu gün girovların ikinci qrupunu qəbul etməyə hazırlaşır.

Yenixeber.org xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi bildirib.

Məlumata görə, İsrail azad edilməsi planlaşdırılan girovların siyahısını alıb. Siyahı yoxlandıqdan sonra İsrail təhlükəsizlik qüvvələri girovların ailələrinə məlumat verib.

Yerli medianın məlumatına görə, siyahıda 13 ad var. Onların əksəriyyəti uşaqdır.

Xatırladaq ki, bundan əvvəl uşaqlı analar və qoca qadınlardan ibarət 13 girov 49 günlük əsirlikdən sonra Həmas tərəfindən azad edilmişdi.

İsrail tərəfinin məlumatına görə, HƏMAS və digər qruplaşmalar 40-a yaxın uşaq olmaqla, 240-a yaxın adamı oğurlayıblar. Netanyahunun ofisi medianı ehtiyatlı davranmağa və İsrailə qayıtmazdan əvvəl siyahıda olanların adlarını dərc etməkdən çəkinməyə çağırıb./Oxu.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam