Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Şirvanda maarifləndirmə tədbiri keçirilib- FOTOLAR

 

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yenixeber.org: Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.
Mövzu ətrafında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, eləcə də digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, şagirdlərə dəyərli tövsiyələr veriblər.
Tədbir zamanı narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam