Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

 

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırova daha bir vəzifə verilib. 

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Adam Kadırov Şeyx Mənsur batalyonunun kuratoru olub.

Bu batalyon Rusiya Müdafiə Nazirliyinin tərkibindədir. Parlamentari eyni zamanda vurğulayıb ki, 16 yaşlı Adam Kadırovun kurator vəzifəsinə təyin olunması onun əldə etdiyi nailiyyətlərin və xidmətlərinin nəticəsidir.

Noyabrın 28-də Çeçenistan rəhbərinin oğlu rəsmən batalyonun şəxsi heyətinə təqdim olunub. Tədbir zamanı Adam Kadırov Şeyx Mənsur batalyonunun 2 nömrəli ulduzunu da qəbul edib.

Bundan əvvəl Adam Kadırov Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam