Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zərdabda ağacları kəsən şəxslər saxlanılıb

 
Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Körpükənd kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən həmin kənd sakini Yarış Şəmiyev saxlanılıb. Qeyd edilən əraziyə keçirilən baxış zamanı sonuncu tərəfindən ümumilikdə 25 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib. 
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam