Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Türkiyə silahlı qüvvələrinin Liviyada qalma mandatı uzadıldı

TÜRKİYƏ VƏ LİVİYA BİRGƏ TƏLİMLƏR KEÇİRİR » İDEAL MEDİA - idealmedia.az
Türkiyə parlamenti ölkənin silahlı qüvvələrinin Liviyada qalması üçün mandatı uzadıb.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, bunu parlamentarilərin səsverməsinin nəticələri sübut edir.

Prezidentin fərmanına əsasən, Türkiyə hərbçiləri növbəti 24 ay ərzində Liviyada xidmət edə biləcəklər.

Qeyd edək ki, Liviyada bir neçə il paralel olaraq iki icraedici orqan mövcud olub: Tripolidə Fayez əl-Sərracın Milli Razılıq Hökuməti (MRH) və şərqdə parlamentin və Liviya Milli Ordusunun (LMO) dəstəyini alan və qondarma müvəqqəti nazirlər kabineti. 2019-cu ilin aprelində LMO-nun komandiri Xəlifə Haftar ölkənin əsas şəhərinə hücuma keçib. Buna cavab olaraq Tripolidəki Nazirlər Kabineti nəzarəti altında olan bütün birləşmələri səfərbər edərək, Türkiyə ilə imzalanmış hərbi əməkdaşlıq memorandumu əsasında rəsmi şəkildə Ankaradan kömək istəyib. Bundan sonra rəsmi Ankaranın fəal dəstəyi ilə mərkəzi hakimiyyət LMO-nun ələ keçirdiyi bəzi ərazilərə nəzarəti bərpa edə bilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam