Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB -ƏMR

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yeni direktoru təyin edilib.

Yenixeber.org xəbər verir ki, Taleh Zeynalov bu vəzifəyə təyin edilib. O, buna qədər “Grand-Agro Invitro” MMC-nin rəhbəri olub.

Qeyd edək ki, Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun kadırlarından biridir. Belə ki, 14 aprel 2023-cü il tarixdən Prezidentin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov son illərdə “Agro Food Investments” MMC-nin rəhbərliyində çalışıb, hansı ki, “Grand-Agro” MMC və “Grand-Agro Invitro” MMC adıçəkilən şirkətin kurasyasındadır.

Taleh Zeynalov 2017-2018-ci ildə “PMD Group” MMC-nin, “Agro Food Investments” MMC və son 6 ilini isə “Grand-Agro Invitro” MMC-nin rəhbərliyində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam