Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ASAPES nümayəndə heyəti Sankt-Peterburqa işgüzar səfər edib- FOTOLAR


6-8 dekabr 2023-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Milli Tədqiqat Universiteti (İTMO), Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya İdman Nazirliyi və Rusiya Tələbə İdman İttifaqının dəstəyi ilə “Gələcəyə baxış: Ali Təhsildə Fidgital Texnologiyaları” adlı konqres təşkil edilib.
Yenixeber.org: Konqresdə İTMO Universitetinin Bədən Tərbiyəsi və İdman Texnologiyaları üzrə Analitik Mərkəzinin direktoru, Rusiya İdman Nazirliyinin idman sənayesi, rəqəmsal transformasiya və bədən tərbiyəsi və idmanın innovativ və texnoloji inkişafı üzrə Ekspert Şurasının sədr müavini Roman Olxovskinin dəvət ilə Akademiyanın İT və tədrisdə innovasiyalar departamentinin direktoru Şaiq Məmmədli, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədli iştirak ediblər.
Forumda ali təhsil sistemində Fidgital idmanının inkişafı, İdman texnologiyasının idman göstəricilərinə təsiri, Fidgital üzrə tədris proqramlarının təqdimatı, İdman texnologiyaları: mühəndislər və idmançılar arasında qarşılıqlı əlaqə və Ali təhsil sistemində fidgital hərəkətin perspektivləri və digər mövzular müzakirə edilib.
Qeyd edək ki, virtual məkanda və klassik idman növlərində yarışların birləşdirilməsi olan fidgital idmanın inkişaf etdirilməsi istiqamətində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni tədris proqramları və infrastrukturun yaradılması istiqamətində müvafiq işlər aparılır.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam