Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zaqatalada çaqqal hücumu: “Daşla vurdum, xeyri olmadı” -VİDEO

 

Zaqatalanın Muxax kəndində dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

Yenixeber.org xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, çaqqal kənd sakinləri tərəfindən öldürülüb:

“Uşaqların səsinə yola çıxdım. Gördüm ki, çaqqal onların üzərinə cumub. Onu uzaqlaşdırmaq istəyəndə mənim üzərimə hücum etdi. Daşla vurdum, təpiklədim, amma xeyri olmadı. Bir az keçəndən sonra uzaqlaşdı. Yoldan aşağı gedəndə də qonşular öldürüblər”.

Hər iki şagird və digər kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) müvafiq yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, 10 min nəfərə yaxın sakini olan Muxax kəndində əvvəllər də vəhşi heyvanların insanlara hücum çəkməsi və xəsarət yetirməsi halları baş verib.

Ətraflı aşağıdakı süjetdə:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam