Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bakıda ilk dəfə bədii gimnastika üzrə -Avropa Kuboku keçiriləcək

2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq.

Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir.

Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam