Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Putin MDB liderləri ilə görüşmək istədiyini açıqladı

 

Dekabrın sonunda MDB ölkələrinin başçıları ilə görüşməyə ümid edirəm.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində deyib. 

O, Avrasiya İqtisadi Şurasının və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi iclaslarında MDB liderləri ilə Sankt-Peterburqda görüşmək istəyini bildirib: "Çox yaxında, dekabrın sonunda Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi iclasında dövlət başçıları ilə görüşməyi ümid edirəm".

Putin qeyd edib ki, humanitar əməkdaşlıq konsepsiyasına bədən tərbiyəsi və idman ayrılmaz tərkib hissəsi kimi daxildir: "Bu istiqamətdə də çox işlər görülür. MDB oyunları və digər idman yarışları mütəmadi olaraq təşkil olunur. Fevralda Kazanda klassik və elektron idman növlərini birləşdirən innovativ “Gələcək Oyunlar”, iyunda isə BRİKS Oyunları keçiriləcək. MDB ölkələrinin idmançılarının onlarda fəal iştirak edəcəyini gözləyirik". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam