Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ağdamda minaya düşən -Zaur Bakıya gətirildi

 

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub.

ANAMA-dan Yenixeber.org-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

"Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam