Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zenit-raket komplekslərimiz start mövqeyinə çıxarıldı –VİDEO

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam