Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

2023-cü ildə 21 milyarder ÖLÜB -ADLAR

 

Yola saldığımız 2023-cü ildə nüfuzlu “Forbes” jurnalının siyahısında yer alan 21 milyarder dünyasını dəyişib.

Yenixeber.org xəbər verir ki, bu barədə adı çəkilən nəşrin məlumatında bildirilib.Bu milyarderlərdən 9-u ABŞ vətəndaşı olub. Milyarderlərdən 3-ü Hindistanda, 2-si Malayziyada dünyasını dəyişib.

Vəfat edən 21 milyarderdən yalnız 1-i qadın idi - Tes Çjao Nin Çinin WuXi App əczaçılıq şirkətinin həmtəsisçisi idi. O, son 20 ildə xərçənglə mübarizə apardıqdan sonra 56 yaşında vəfat edib.

2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed də vəfat edib, onun 94 yaşı var idi. Məhəmməd Əl-Fayed Parisdəki “Ritz” otelinin sahibi idi, O, əvvəllər Londondakı  “Harrods” univermağı və “Fulhem” Futbol Klubunun da sahibi olub.
 

Dünyasını dəyişən ən yaşlı milyarderlər avtomobil dilerləri şəbəkəsinin sahibi, “Clear Channel” radiostansiyasının (indiki iHeartMedia) təsisçisi Billi Co (95 yaş) və “Berkshire Hathaway” şirkətinin sədr müavini, investor Uorren Baffett Çarlz Munger (99 yaş) olub.
 

2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Jimmy Baffett də var.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni, Intel-in həmtəsisçisi Gordon Moore, Hindistanın ən böyük boya şirkəti “Asian Paints Ltd”nin müstəqil direktoru Aşvan Dani də var. Yeri gəlmişkən, Aşvan Dani siyahıdakı ən zəngin milyarderdir, onun sərvəti 8 milyard dollar idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam