Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yaponiyada zəlzələdən ölənlərin sayı artır

              Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb.

Yenixeber.org: Bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir.

Qeyd edilib ki, təcili yardım xidmətləri hələ də 222 nəfəri tapa bilməyib. Ən böyük ziyan İsikava prefekturasına dəyib. Təsirə məruz qalan bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir.

Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər bir gün əvvəl dağıntılar altında beş gün qalmış 90 yaşlı qadını çıxarmağa müvəffəq olublar.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 560 nəfər xəsarət alıb. Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam