Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Xaricdə seçki məntəqələrinin yaradılması bu gün başa çatır

 

Bu gündən xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması prosesi başa çatır.

Yenixeber.org xəbər verir ki, proses bu gün18:00-dək davam edəcək.

Məlumata görə, ötən prezident seçkilərində 32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 seçki məntəqəsi yaradılıb. Belə ki, Gürcüstan, Türkiyə, Amerika, Rusiya və digər ölkələrdə olan seçicilər səsvermədə iştirak edib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılır və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam