Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olundu -FOTO

Hidayət Əzimov nazir müavini TƏYİN EDİLDİ

              Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Yenixeber.org: Məlumata görə, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb.

Faktı “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam