Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bakının bu hissəsində "Hibrid Yaşıl Dəhliz" yaradılacaq

 

Hibrid Yaşıl dəhlizlər çoxfunksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.

Yenixeber.org xəbər verir ki, bunu müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Dənizkənarı Milli Parkdan "Port Baku"nun yerləşdiyi ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir yaşıl dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiya olacaq. Həmçinin oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də Hibrid Yaşıl dəhlizlərin yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur”, - deyə sədr müavini əlavə edib ( Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam