Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Fransa Natəvanın heykəlini girov saxlayır? -Nota cavabsız qalıb

 

Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.

Yenixeber.org-un məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir. 

Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb. 

Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.(“Qafqazinfo”)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam