Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Səhiyyə Nazirliyinin vəzifəli şəxsi içkili halda saxlanıldı

 

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Yenixeber.org xəbər verir ki, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Belə ki, məmur içkili halda "Mersedes Benz S350" minik markalı, XU seriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam