Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ Türkiyəyə F-35 satacaq? –Pentaqondan açıqlama

 

Pentaqonun mətbuat katibi Patrik Rayder Türkiyəyə F-35 qırıcılarının satılma ehtimalı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yenixeber.org xəbər verir ki, Pentaqon rəsmisi bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Xatırlatmaq istəyirəm ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleks sistemləri satın alıb. Buna görə də Türkiyəyə F-35 qırıcılarının satışı masada yoxdur”, - Rayder deyib.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland açıqlamasında Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ-ın Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazır olduğunu bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam