Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

 

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

Yenixeber.org xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam