Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ombudsman Xankəndidə seçki məntəqəsində -FOTOLAR

 

Ombudsman işğaldan azad olunan ərazilərdə seçki məntəqələrində yaradılan vəziyyətlə tanış olub.

Yenixeber.org xəbər verir ki, ombudsman Səbinə Əliyeva tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad olunmuş ərazilərində müşahidələr həyata keçirilib.

Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı Müvəkkil növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.

Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüş keçirib, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparılıb.

İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub.

Qeyd edilib ki, sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam