Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açdı

 

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Shot teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gənclər dostunun toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan "Odlar Yurdu"nda yoxlamalara başlayıb.

"Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb, 10 nəfər gənc çölə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb. Atəş səsləri yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb, polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib", - deyə Shot yazıb.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam