Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Mülki əhalinin Rəfahdan təxliyəsi üçün plan hazırlamağı tapşırdı

 

İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən bir milyondan çox insanın təxliyəsi planını təqdim etməyi əmr edib.

Yenixeber.org xəbər verir ki, bu barədə CNN baş nazirin ofisinə istinadən məlumat yayıb.

Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələrinin qurudan müdaxilə təhlükəsi ilə əlaqədar Rəfahın mülki əhalisini təxliyə etmək planı hazırlanmalıdır. Siyasətçinin sözlərinə görə, HƏMAS hərəkatının dörd batalyonu şəhərdə qalmaqda davam edir və döyüş bölgəsində insanlar olduğu halda onların məhv edilməsi əməliyyatı mümkün deyil.

Netanyahunun ofisinin saytında dərc edilmiş bəyanatda deyilir:

“Bu səbəbdən Baş nazir İsrail Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərinə Nazirlər Kabinetinə ikili plan təqdim etməyi tapşırdı – həm əhalinin təxliyəsi, həm də HƏMAS batalyonlarının ləğvi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam