Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Əhmədin öldürdüyü Mehman mən deyiləm -Açıqlama

 

Oğlu tərəfindən qətlə yetirilən Mehman Əhməd oğlu Əhmədovla ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm.

Yenixeber.org xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İnfranstruktur departamentinin sabiq rəisi Mehman Əhmədov qətlə yetirilməsi haqda xəbəri təkzib edərkən deyib.

O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib:

“Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, Quqlda ad, soyad, ata adını yazıb adamın kimliyini öyrənmək istəyiblər, nəticə də belə olub.

Bəli, 2022-ci ilin sonuna kimi ADY-də İnfranstruktur Departamentinin rəisi olmuşam və cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin informasiyanı götürüb, xəbərə əlavə ediblər. Axı ad-soyad uyğun gəlir. Bu məsələ mənə, ailəmə, doğmalarıma, dostlarıma böyük sarsıntı yaşatdı”.(Globalinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam